Xidmətlərimiz
Türkiyə Respublikasından Çatdırılma
“SAFE EXPRESS” Məhdud Məsuliyyətli Cəmiyyəti Türkiyə Respublikasının internet mağazalarından sifariş edilən bağlamaların və poçt bağlamalarının Azərbaycan Respublikası ərazisinə sürətli çatdırılmasını həyata keçirir. Türkiyə Respublikasındakı anbarımızda qəbul olunmuş, internet mağazalardan sifariş edilmiş bağlamalar və ya poçt bağlamaları 3-5 (üç-beş) iş günü ərzində Bakı şəhərində yerləşən ofisimizə, 3-6 (üç-altı) iş günü ərzində isə Gəncə şəhərində yerləşən ofisimizə çatdırılır.
“Kuryer xidməti”
Bağlamanızı təhvil almaq üçün Bakı və Gəncə şəhərlərində yerləşən anbarlarımıza getmək zəruri deyildir. “Kuryer xidməti”mizdən istifadə etməklə bağlamalarınızı qeyd etdiyiniz yerdə təhvil ala bilərsiniz.
“Notifikasiya xidməti”
Hər bir Sifarişçi Safex.az saytında qeydiyyatdan keçdikdən sonra onun üçün saytda şəxsi kabineti formalaşır. Bu hissədə müştərinin sifariş etməsi və sifarişdən sonrası üçün lazım olan bütün bölmələr və məlumatlar öz əksini tapır. “Notifikasiya xidməti” üçün də şəxsi kabinetdə ayrıca bölmə yerləşdirilib. Mütəmadi olaraq yenilənən “Notifikasiyalar” bölməsindən müştərilər aşağıdakı kimi bildirişləri əldə edirlər:
- Hansı tarixdə qeydiyyatdan keçildi
- Hansı tarixdə istifadəçi rütbəsi dəyişdi
- Hansı tarixdə Bəyan edildi
- Hansı tarixdə Sifariş xaricdəki anbara çatdı
- Hansı tarixdə Sifariş xarici anbardan çıxdı
- Hansı tarixdə Sifariş xarici gömrükdən çıxdı
- Hansı tarixdə Sifariş daxili gömrüyə çatdı
- Hansı tarixdə Sifariş daxili gömrükdən çıxdı
- Hansı tarixdə Sifariş yerli ofisə çatdı
- Hansı tarixdə Sifarişinizi bizdən təhvil aldınız
- Hansı tarixdə Kuryer Xidməti sifariş etdiniz
- Hansı tarixdə Yeni Kampaniyaya start verildi
- Hansı tarixdə Balansınız artırıldı və ya Balansdan xərcləmə etdiniz
- Hansı tarixdə şəxsi məlumatlarınızı dəyişdiniz
“SMS məlumatlandırma xidməti”
Safex.az saytında qeydiyyatdan keçilən zaman istifadəçi şəxsi mobil nömrəsini qeyd edir. Əgər müştərimiz istəyərsə, sifarişini izləməsi və ya digər maraqlı məlumatlarla əlaqəli telefonuna sms vasitəsi ilə məlumatlar göndərilə bilər. Bunun üçün Şəxsi Kabinetdən “SMS məlumatlandırma xidmətini” aktivləşdirməlidir.







