Sifariş Et Xidmət Şərtləri
- Safe Express MMC satıcı firma deyil və heç bir satış xidməti göstərmir. Sifariş verilmə prosesi üçün 0% komissiya nəzərdə tutulmuşdur.
- Qapıda ödəmə ilə göndərilən sifarişlər qəbul olunmur.
- Safe Express MMC heç bir halda satıcı firmanın göndərdiyi məhsulun keyfiyyətinə, tamlığına, tərkibinə, ölçü və formasına, satış anbarında tükənməsinə görə və ya sifarişin satıcı tərəfindən ləğv olunmasına məsuliyyət daşımır.
- Safe Express MMC satıcı firma tərəfindən malın onun anbarına çatdırılması vaxtına görə heç bir məsuliyyət daşımır.
- Safe Express MMC sifariş verildikdən sonra sifariş üzərində heç bir əməliyyat aparmır (Məhsulun ləğv olunması, rəng və ya ölçünün dəyişməsi və s dəyişikliklər)
- Safe Express MMC sifarişlərin verilməsini növbəli sistemlə həyata keçirir.
- İstifadəçinin eyni saytdan verdiyi sifarişlər sayından asılı olmayaraq eyni anda (eyni səbətə əlavə olunaraq ) verilir. Lakin qeyd etməliyik ki, bəzi satıcı firmalar sifarişləri daha sürətlə daşıma şirkətinə çatdırmaq üçün eyni sifarişçinin bir neçə yükünü müxtəlif vaxtlarda və fərqli bağlamalarda göndərir.
- İstifadəçi ödəniş edərkən Türkiyədaxili karqo ödənişini olduğu halda məhsulun qiymətinin üzərinə həmin məbləğ də hesablanır. Adətən 15-20 TL olur.
- Sifariş prosesində hər hansı problem yarandıqda (məhsulun bitməsi, sifariş olunan ölçünün bitməsi, ödəmə problemi və s.) istifadəçinin ödədiyi məbləğ müştərinin kartına geri qaytarılır.
- Sifariş ilə bağlı yaşanmış hər hansı problem zamanı istifadəçiyə telefon vasitəsi ilə məlumat verilir. Sifarişin tamamlanması ilə bağlı problem yarana bilər.
- Sifarişləri səbətə topladıqdan sonra Toplam ödə funksiyası ilə ödənilmiş sifarişlər birlikdə verilir. Ayrı-ayrılıqda ödəniş olunmuş sifarişlər fərqli vaxtlarda sifariş verilə bilər.
- Tərkibində tez alışan maddələr, batareya və Azərbaycan qanunvericiliyinə qadağan olunmuş məhsulların sifarişi qəbul olunmur.
- Çatdırılma haqqı hər bağlamanın ağırlığı və həcmi çəkisi nəzərə alınmaqla hesablanır.
- Safe Express MMC bütün istifadəçiləri xidmətdən istifadə etməzdən əvvəl daşıma şərtləri ilə tanış olmağa çağırır. Şərtlərlə tanış olmaq üçün keçiddən istifadə edə bilərsiniz.







