Daşıma və çatdırılma qaydaları


  1. “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli, 305 nömrəli qərarının 2-ci maddəsinin 1-ci bəndinin 4-cü yarımbəndinə əsasən, beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına hər təqvim ayı ərzində gömrük ərazisinə bir dəfə gətirilən, ümumi gömrük dəyəri 300 ABŞ dollarının ekvivalenti məbləğindən artıq olmayan mallargətirilə bilər. Malların dəyəri bir təqvim ayı ərzində 300 ABŞ dolları ekvivalenti məbləğindən artıq olarsa, İstifadəçinin qanunvericiliyə uyğun olaraq sifarişin ümumi dəyərinin qanunvericiliklə müəyyən olunmuş miqdarda (əsasən 36% ) gömrük rüsumu ödəmək öhdəliyi yaranır.
  2. Daşıyıcı malların sığortalanmasını həyata keçirmir və bununla bağlı hər hansı məsuliyyət daşımır.
  3. Bağlamanın içərisində sınan əşya olduqda gələcəkdə həmin bağlama ilə bağlı yaranan problemlərə görə Daşıyıcı məsuliyyət daşımır. Sifarişçi tərəfindən bu kimi hallar aşkar olunduğu təqdirdə, Alıcı qüsurun aradan qaldırması üçün malı aldığı onlayn mağazaya müracət edə bilər.
  4. Sifariş edilmiş bağlamalar Daşıyıcının Bakı və Gəncə şəhərlərində yerləşən ofislərinə daxil olduqdan sonra Daşıyıcı tərəfindən Sifarçiyə bu barədə “Notifikasiya” ilə və ya elektron poçt vasitəsilə bildiriş göndərilir. Sadalanan bu vasitələrdən hər hansı biri ilə Sifarişçiyə bildiriş göndərildikdən sonra, Sifarişçi Daşıyıcı tərəfindən rəsmi qaydada məlumatlandırılmış hesab edilir. Alıcı bağlamanı Daşıyıcının Bakı və Gəncə şəhərlərində yerləşən ofislərindən və ya “Kuryer xidmətindən” istifadə etməklə təhvil alır.
  5. Bağlamanın Daşıyıcının Bakı və ya Gəncə şəhərində yerləşən ofislərinə daxil olması barədə Sifarşçiyə məlumat verildiyi andan etibarən 7 (yeddi) iş günü ərzində Alıcı bağlamanı təhvil almadığı təqdirdə, Sifarişçi 8-30 (səkkiz-otuz) iş günü ərzində bağlamaların saxlandığı hər gün üçün 0,50 AZN, 31-45 (otuz bir-qırx beş) iş günü ərzində hər gün üçün isə 1,00 AZN dəbbə pulu ödəməlidir. 45 (qırx beş) iş günündən artıq Bakı və Gəncə şəhərlərində yerləşən anbarlarımızda saxlanan bağlama haqqında qərar Daşıcıya məxsusdur. 1 ay müddətində təhvil alınmayan bağlamalar Daşıyıcının mülkiyyətinə keçir.
  6. Sifariş olunan bağlamanın daşınma məbləği məhsulun ağırlığına və həcmi çəkisinə əsasən hesablanır.
  7. Çatdırılma haqqının ödənilməsi tam şəkildə həyata keçirilməlidir.
  8. Bağlamanın Daşıyıcıdan asılı olmayan səbəblərə görə gecikməsi hallarında (avia reyslərin gecikməsi, gömrük yoxlamaları və s.) Daşıyıcı heç bir məsuliyyət daşımır və bu hal sifarişdən imtina üçün əsas sayıla bilməz.
  9. Bağlamanız xarici anbara daxil olduqdan 4 gün ərzində Dövlət Gömrük Komitəsinin tələbi olan Smart Customs-a sifarişçi tərəfindən bəyan olunmalıdır. 4 gün ərzində bəyan olunmayan bağlamaya daşıma qiymətinin 2%-i məbləğində günlük borc yazılacaq.
  10. Yerli anbara daxil olmuş bağlamalar 4 gün ərzində sifarişçi tərəfindən təhbil alınmalıdır. 4 gün ərzində təhvil alınmamış bağlamaya daşıma qiymətinin 2%-i məbləğində günlük borc yazılacaq