İstifadəçi qaydaları



Giriş

Bu “İstifadəçi razılaşması” (bundan sonra “Razılaşma” adlandırılacaq) https://www.safex.az veb saytının və Apple Store və Google Play Store-dan yüklənən “SafEx” mobil əlavələrinin (veb sayt və mobil əlavə bundan sonra “SafEx” adlandırılacaq) xidmətlərindən istifadənin qaydalarını və şərtlərini müəyyən edir.

1.İstifadəçi razılaşmasının predmeti

1.1. “SAFE EXPRESS” MMC (bundan sonra “Daşıyıcı” adlandırılacaq) Türkiyə Respublikasında yerləşən anbarından Razılaşmanın şərtlərinə uyğun olaraq SafEx-dən qeydiyyatdan keçən fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin (bundan sonra - “İstifadəçi” adlandırılacaq) sifariş verdiyi malı (bundan sonra “Bağlama” adlandırılacaq) Azərbaycan Respublikasına çatdırılması üzrə xidmətləri (bundan sonra - “Xidmət” adlandırılacaq) həyata keçirir.

1.2. İstifadəçinin SafEx-dən qeydiyyatdan keçməsi ödənişsizdir. Xidmət göstərilməsi şərtləri açıqdır. İstifadəçinin SafEx-də qeydiyyatdan keçməsi Razılaşmanın və onun bütün əlavələrinin qəbul edildiyini bildirir.

1.3. Əgər İstifadəçi Razılaşmanın bir bəndi ilə razı olmadığı təqdirdə belə, Daşıyıcının Xidmətlərindən istifadə etmək hüququna malik olmur.

1.4. Daşıyıcı Razılaşmaya dəyişikliklər etmək hüququnu özündə saxlayır. Bununla əlaqədar İstifadəçi ona məlumat verilib-verilmədiyindən asılı olmayaraq Razılaşmada dəyişikliyin olub-olmadığını SafEx-dən yoxlamaq məsuliyyətini öz üzərinə götürür. İstənilən halda, dəyişiklik edilmiş Razılaşma dəyişikliklər barədə İstifadəçinin məlumat əldə edib-etməməyindən asılı olmayaraq, İstifadəçiyə münasibətdə tətbiq ediləcəkdir.

1.5. Daşıyıcı çatdırılma Xidmətlərinə görə İstifadəçidən “Malın çatdırılması və xidmətlərin ödənilməsi” adlı 7-ci maddədə göstərilən ödənişi alır.

2. Xidmətlərin təsviri

2.1. Daşıyıcı Sifarişçiyə sonradan qablaşdırılması, qablaşmanın açılması və Daşıyıcının anbarına (və ya onun səlahiyyətli nümayəndəsinin – bundan sonra Daşıyıcının anbarı) göndərilməsi üçün Müştəri tərəfindən müstəqil ödənişi aparılmış malların alınması üçün şirkətin müxtəlif ölkələrdə yerləşən, anbar ünvanının Müştəriyə təqdim edilməsi üzrə xidmətlər göstərir. Hazırkı Razılaşmanın məqsədləri üçün: Mal – Müştərinin əldə etdiyidir, Azərbaycana göndərilməsi üçün bağlanmış olan mal – Bağlama adlanır.

2.2. Daşıyıcı İstifadəçi tərəfindən müstəqil olaraq internet-mağazada ödənişi aparılmış malları (bundan sonra “Bağlama” adlandırılacaq) Türkiyə Respublikasında yerləşən anbarına qəbul etmək öhdəliyini götürür, bu şərtlə ki, sifariş olunan mağazadan əldə edilən ünvan və İstifadəçiyə aid fərdi məlumatlar dəqiq göstərilmiş olsun.

2.3. İstifadəçinin Daşıyıcının Bakı və Gəncə şəhərlərində yerləşən anbarlarından və ya “Kuryer xidməti”ndən istifadə etməklə Bağlamanı təhvil alması anından etibarən Daşıyıcı tərəfindən xidmətlər tam şəkildə yerinə yetirilmiş hesab edilir.

2.4. Xidmətlərin göstərilməsi üçün Daşıyıcı İstifadəçinin razılığı olmadan poçt və kuryer xidməti kimi üçüncü şəxsləri cəlb etmək hüququna malikdir.

3. Sifarişin rəsmiləşdirilməsi

3.1. İstifadəçi əvvəlcədən malın keyfiyyətini, parametrlərini və xüsusiyyətlərini müstəqil şəkildə qiymətləndirərək sifarişini tamamlayır.

3.2. İstifadəçi sifariş etdiyi malların qiymətini malın satıcısına ödəmək öhdəliyini götürür.

3.3. İstifadəçi internet-mağazadan sifariş zamanı çatdırılma ünvanı olaraq Daşıyıcının Türkiyə Respublikasındakı ünvanını və özünün fərdi məlumatlarını tam və düzgün göstərməlidir. İstifadəçi tərəfindən internet-mağazadan sifariş zamanı çatdırılma ünvanını və ya fərdi məlumatlarını səhv və yaxud natamam doldurularsa və nəticə etibarı ilə Bağlamanın çatdırılmasında problem yaşanarsa və yaxud çatdırma mümkünsüz olarsa Daşıyıcı heç bir məsuliyyət daşımır.

3.4. Daşıyıcı anbarına qəbul etdiyi Bağlamaların keyfiyyət və dəstliyinə görə məsuliyyət daşımır, eləcə də Müştərinin internet-mağaza vasitəsi ilə əldə etdiyi mallara zəmanəti təmin etmir.3.5. Daşıyıcı öz üzərinə öhdəlik götürür ki, internet-mağaza tərəfindən göndərilən poçt xidmətinin çatdırdığı bağlamanı öz anbarına qəbul edəcək (anbarda saxlanılması qadağan olan məhsullar istisna olmaqla), çəkisini ölçüb, qablaşdıracaq, sonra isə Daşıyıcının Azərbaycan Respublikasın yerləşən anbarlarına gətirilməsini təmin edəcəkdir.

3.6. Daşıyıcı Bağlamanı aldıqdan sonra Bağlamanın Daşıyıcının Türkiyə Respublikasında yerləşən anbarına daxil olması barədə dərhal (müstəsna hallarda 2 gündən artıq olmayan müddətə) ərzində İstifadəçini SafEx, elektron poçt və ya SMS bildirişi vasitəsilə məlumatlandırmağa, eləcə də onu Sifarişçinin şəxsi kabinetində əks etdirilməsini təmin etməyə borcludur. Bəyan edilməmiş Bağlamanın Daşıyıcının Türkiyə Respublikasında yerləşən anbarında saxlanma müddəti 30 təqvim günü təşkil edir. 30 gündən sonra həmin Bağlama haqqında qərar Daşıcıya məxsusdur.

3.7. İstifadəçi Bağlamanın poçt xidmətinin çatdırılma şərtlərinə və qüvvədə olan Azərbaycan Respublikasının və Türkiyə Respublikasının qanunlarına, o cümlədən Azərbaycanın Respublikasının Gömrük qanunvericiliyinin tələblərinə müvafiq qaydada məsuliyyət daşıyır.

3.8. Daşıyıcı o halda İstifadəçiyə Xidmətlərin göstərilməsindən imtina etmək hüququ yaranır ki, Bağlama poçt xidmətinin çatdırılma şərtlərinə və qüvvədə olan Azərbaycan Respublikasının və Türkiyə Respublikasının qanunlarına, o cümlədən Azərbaycan Respublikasının Gömrük qanunvericiliyinə uyğun olmasın, buraya Bağlamanın İstifadəçiyə göndərilməsi üçün sifariş olunan malın xüsusiyyəti, qabaritləri və.s bu kimi qanunvericiliklə daşınması məhdudlaşdırılmış mallar aiddir.

3.9. Bağlamanın nəql edilməsi avia-daşıma yolu ilə həyata keçirilir. Bağlamanın İstifadəçiyə təhvil verilmə müddəti Bağlamanın Daşıyıcının Türkiyə Respublikasında yerləşən anbarına daxil olma anından etibarən 3-5 gün ərzində həyata keçirilir.

3.10. Nəqletmənin qiyməti haqqında məlumat Bağlamanın Azərbaycan Respublikası ərazisinə gəlib çatması ilə İstifadəçinin şəxsi kabinetində əks olunur.

3.11. Bağlamanın Daşıyıcının Bakı və ya Gəncə şəhərində yerləşən ofislərinə daxil olması barədə İstifadəçiyə məlumat verildiyi andan etibarən 7 iş günü ərzində Alıcı bağlamanı təhvil almadığı təqdirdə, İstifadəçi 7-30 gün ərzində bağlamaların saxlandığı hər gün üçün 0,50 AZN, 31-45 gün ərzində hər gün üçün isə 1,00 AZN dəbbə pulu ödəməlidir. 45 gündən artıq Bakı və Gəncə şəhərlərində yerləşən anbarlarımızda saxlanan bağlama haqqında qərar Daşıcıya məxsusdur. 2 ay müddətində təhvil alınmayan bağlamalar Daşıyıcının mülkiyyətinə keçir.

3.12. Bağlamanın üçüncü şəxsə verilməsinə yalnız o hallarda yol verilir ki, o,aşağıda sadalanan sənədlərdən birini təqdim edə bilsin: veb saytımızda müvafiq bölmədən etibar etdiyi şəxslərin məlumatlarını əvvəlcədən elavə etmiş olsun, qeydiyyatdan keçmiş bağlama alanın şəxsiyyətini təsdiq edən sənədin (şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi və ya qüvvədə olan Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq digər sənədin) əslini, İstifadəçidən alınan – üçüncü şəxsin adına notarial qaydada verilmiş etibarnamə (üçüncü şəxsin şəxsiyyətini təsdiq edən sənədlə birlikdə).

3.13. İstifadəçinin bağlamanı lazımı vəziyyətdə alması, eləcə də Daşıyıcıya iradlarının olmaması faktı Bağlamanın qaiməsindəki və ya elektron lövhədəki imza ilə təsdiq edilir.

4. İstifadəçinin vəzifələri

4.1. İstifadəçi müstəqil şəkildə Razılaşmanın mətni ilə tanış olmaq, Razılaşmada və ya onun əlavələrində dəyişikliklərin mövcud olub-olmadığını yoxlamaq öhdəliyini götürür.

4.2. İstifadəçi Daşıyıcını xidmətlərin yerinə yetirilməsi üçün zəruri olan bütün məlumatlarla vaxtında təmin etmək öhdəliyini götürür. Zəruri olan məlumatlarda çatışmazlıqlar olduğu təqdirdə Daşıyıcı İstifadəçiyə Xidmətləri təqdim etməmək hüququnu özündə saxlayır.

4.3. İstifadəçi Daşıyıcı tərəfindən ona göstərilən xidmətlərlə əlaqədar hesabları vaxtında ödəmək və xərcləri qarşılamaq öhdəliyini götürür. Daşıyıcı Xidmətlərin göstərilməsi üçün ödənilən ödənişin kifayət olmaması halında İstifadəçiyə xidmət göstərmir.

4.4. İstifadəçi əvvəlcədən şəxsi kabinetində bəyan etməklə Bağlamanın Daşıyıcının Türkiyə Respublikasında yerləşən anbarına daxil olmasını müstəqil SafEx-dən izləmək öhdəliyini götürür.

4.5. İstifadəçi təsdiq edir və zəmanət verir ki, İstifadəçiyə üçüncü şəxslərin, malın satıcısı və poçt xidmətləri də daxil olmaqla, lakin bununla da məhdudlaşmayaraq üçüncü şəxslərin hərəkətləri nəticəsində dəymiş zərərlə əlaqədar hər hansı bir öhdəliklər və xərclər səbəbindən yaranmış mübahisələr üzrə Daşıyıcını cavabdeh və ya həmcavabdeh kimi cəlb etməyəcəkdir.

4.6. “Kuryer xidməti” vasitəsilə çatdırılan Bağlamanın alınması anında Bağlamanın qaiməsində imza etməklə, bağlamanın qəbul etməsini təsdiq etmək.

4.7. Sorğu əsasında İstifadəçinin şəxsiyyətini təsdiq edən sənədləri, eləcə də bu və ya digər malı internet-mağaza vasitəsi ilə əldə etməyi təsdiq edən sənədləri təqdim etmək.

4.8. İstifadəçi öz adı, soyadı, şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi və FİN (PİN) kodu, yaşadığı ünvanı, telefon nömrəsini, elektron poçt ünvanını və digər zəruri məlumatları SafEx-də qeydiyyatdan keçərkən dəqiq göstərmək öhdəliyini götürür.

5. Daşıyıcının vəzifələri

5.1. Daşıyıcı İstifadəçiyə SafEx-də Xidmətlərin təsvirinə, eləcə də Razılaşmanın 1.1 maddəsində göstərilən anlayışlara müvafiq olan Xidmətləri təqdim etmək öhdəliyini götürür, bu şərtlə ki, İstifadəçinin sorğusu Razılaşmaya, Azərbaycan Respublikasının və Türkiyə Respublikasının qüvvədə olan qanunlarının tələbləri ilə ziddiyyət təşkil etməmiş olsun.

5.2. İstifadəçiyə sifarişinin statusu və yerləşdiyi yer haqqında məlumat əldə etmək imkanı vermək.

6. Gömrük rəsmiləşdirməsi

6.1. İstifadəçi tərəfindən sifariş edilən məhsulun SafEx-də bəyan edilməsi (göndərənin adının, malın adının və onun invoice sənədinin təqdim edilməsi) mütləqdir. İstifadəçi gömrük rəsmiləşdirilməsi zamanı yük barədə tam və dolğun məlumatın verilməsinə və gömrük bəyannaməsinin düzgün doldurulmasına görə məsuliyyət daşıyır.

6.2. Azərbaycan Respublikası ərazisinə çatdırılmış Bağlamanın gömrük rəsmiləşdirilməsi zamanı yaranan hər hansı bir qanun pozuntusu ilə əlaqədar məsuliyyəti İstifadəçi daşıyır.

6.3. Bağlamanın gömrük rəsmiləşdirilməsinə cəlb olunmalı olan hallar baş verdikdə, Safe Express tərəfindən bu xidmət bütün ödənişlər ödənildiyi təqdirdə həyata keçirilir, istifadəçinin öz tərəfindən gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi istənildikdə, daşıma xərcləri ödənildikdən sonra rəsmiləşmə üçün tələb olunan müvafiq sənədlər istifadəçiyə təqdim olunur.

6.4. Səlahiyyətli orqanların İstifadəçi tərəfindən hazırkı Razılaşmanın 6.1 maddəsində nəzərdə tutulmuş tələblərini yerinə yetirməmək və ya qismən yerinə yetirməsinə görə (bağlamadakı malın natamam və ya qeyri-dəqiq bəyan edilməsi, daşınması və ya mülki dövriyyəsi qadağan olunan malların mövcud olması və s.) Daşıyıcı heç bir məsuliyyət daşımır.

6.5. İstifadəçi tərəfindən Azərbaycan Respublikası ərazisinə gətirilməsi qadağan edilən malın gətirilməsi halında belə mallar Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən buraxılışı dayandırıla, həmçinin İstifadəçi inzibati və ya cinayət məsuliyyətinə cəlb oluna bilər.

7. Daşınma haqqı, daşınma şərtləri və ödəniş

7.1. İstifadəçinin yüklərinin Daşıyıcının Türkiyə Respublikasında yerləşən anbarından Azərbaycan Respublikası ərazisinə daşınma haqqı SafEx.az saytında, facebook və instagram sosial şəbəkələrində qeydiyyatdan keçmiş səhifələrdə həmçinin müvafiq mobil əlavədə yerləşdirilmişdir.

7.2. Yükün daşınma haqqı İstifadəçinin şəxsi kabinetində onlayn şəkildə, Daşıyıcının Bakı və Gəncə şəhərlərində yerləşən ofislərindəki ödəniş terminalları vasitəsilə və ya nağd şəkildə ödənilə bilər.

7.3. İATA-nın (Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası) dərc etdiyi TACT Rules (Yük Hava Daşıma Təlimatı) qaydalarına əsasən ölçü növlərinin hansının çox olmasından asılı olaraq daşıma haqqının hesablanması üçün əsas kimi yükün həcm ölçüləri və yaxud faktiki çəkisi götürülür.

7.4. İstifadəçi, SafEx-də qeyd olunan daşınması qadağan edilmiş əşyaların siyahısı ilə mütləq tanış olmalıdır.

7.5. İstifadəçinin sifarişləri, satıcı (və ya satıcılar) tərəfindən ayrı-ayrı bağlamalarda (fərqli izləmə (track) nömrələrilə) fərqli və ya eyni tarixdə anbara göndərilərsə, bağlamalar orijinal izləmə (track) nömrələrilə, ayrı ayrılıqda daşınmaya qəbul olunur və emal edilir.

7.6. İstifadəçi hazırkı şərtləri qəbul etməklə www.Safex.az saytında dərc olunmuş aşağıdakı hesablama vasitələri (online kalkulyatorlar) ilə tanış olduğunu və tam anladığını (riyazi ölçmə, parametrlərin konvertasiyası, həcmin ölçülməsi və.s) təsdiq edir:

  • Qiymət və çatdırılmanın hesablanması kalkulyatoru
  • Çəki və həcm formulası
  • Ölçü konvertoru
  • Ölçülər cədvəli
  • Qabarit çəki hesablamalar

7.7. Hazırkı şərtlərin 7.5-ci maddəsində nəzərdə tutulmuş şərtlərlə, həmçinin bu şərtlərlə qeydiyyat zamanı tanış olan və onları qəbul edən İstifadəçi, sonradan daşıma haqqı, daşıma şərtləri, ödəniş və.s məsələlərlə malın ona çatdırılması ilə əlaqədar Daşıyıcının şərtlərə tam riayət etdiyi təqdirdə İstifadəçinin ona qarşı hər hansı bir tələbi əsassız sayılır.

7.8. Daşıyıcı daşınma haqqı, şərtlər və ödəniş qaydalarına istənilən an dəyişikliklərin edilməsi hüququnu özündə saxlayır. Bu dəyişikliklər qəbul edilən andan İstifadəçinin tanış olması üçün SafEx-də dərc olunur, həmçinin mobil əlavə vasitəsilə daşıyıcıya bildiriş göndərilir.

7.9. İstifadəçi anlayır və qəbul edir ki, daşınma üçün Daşıyıcının Türkiyə Respublikasında yerləşən anbarına daxil olan yükün Azərbaycan Respublikası ərazisinə göndərilməsi məqsədilə emalı (yenidən qablaşdırılması, paletə yığılması, hava limanına göndərilməsi), adi qaydada Azərbaycan Respublikasında qəbul edilmiş daşınma müqaviləsi/şərtləri/prosedurlarından fərqlidir. Bu məqsədlə İstifadəçiyə Bağlamanın daşınma üçün göndərilməsinə dair qısa məlumat verilir: Bağlamalar həftə ərzində Daşıyıcının Türkiyə Respublikasında yerləşən anbarına daxil olur və orda daşınma üçün emal olunur və müəyyən olunmuş günlərdə daşınma üçün göndərilir. Daşıyıcının digər anbarının Türkiyə Respublikasında yerləşməsini və saat fərqini, elektron əlaqə vasitələrində yarana biləcək gecikmələri və dayanmaları, daşınma prosesinə cəlb olunmuş üçüncü şəxslər və şirkətlərin işinə Azərbaycan Respublikası ərazisindən Daşıyıcı tərəfindən tam nəzarətin edilə bilməməsini nəzərə alaraq, digər obyektiv halları nəzərə alaraq, İstifadəçinin yükün daşınmasından imtina etməsi tələbinin icrası bəzi hallarda mümkün olmaya bilər. Nümunə: İstifadəçi bağlamanın daşımasından imtina etdiyini bildirdiyi zaman onun yükü artıq paletə yığılıb və daşıma üçün hava limanına göndərilibsə. Bu halda İstifadəçi qəbul etməlidir ki, bağlamanın daşımasından imtina səbəbindən, bütün göndərişi dayandıraraq paletləri yenidən söküb onun bağlamasını ayırmaq və geri qaytarmaq həm xərclər həm də prosedur baxımından mümkünsüzdür. Lakin buna baxmayaraq, Daşıyıcı İstifadəçinin imtina tələbinə əsasən, onun bağlamasının daşınma üçün ayrılması məqsədilə bütün mümkün, zəruri və ağlabatan tədbirləri görəcək.

7.10. İstifadəçi hazırkı şərtləri qəbul edən zaman tam olaraq anlayır və qəbul edir ki, yükün daşımasından imtina tələbi Daşıyıcı tərəfindən obyektiv səbəblərdən icra edilə bilinmədiyi halda, İstifadəçinin imtina ilə bağlı Daşıyıcıya qarşı olan iddiası və yaxud tələbi əsassız sayılacaqdır.

7.11. İstifadəçi tərəfindən xidmətin ödənişi Azərbaycan Respublikasında şirkətin bank hesabının olduğu bankın “Bank Respublika” ASC-nin ödəniş gününə olan məzənnəsi ilə Daşıyıcı tərəfindən xidmətin göstərildiyi valyutaya əsasən (ABŞ dolları) Azərbaycan manatı (AZN) ilə aparılır.

8. Bağlamanın saxlanması və təhvil verilməsi ilə bağlı şərtlər

8.1. Daşıyıcının Bakı və Gəncə şəhərlərində yerləşən anbarına daxil olan bağlamalar 7 (yeddi) gün ərzində Müştəri tərəfindən təhvil alındığı təqdirdə həmin yüklərə anbar xərcləri tətbiq edilmir.

8.2. Bağlamanın Daşıyıcının Bakı və ya Gəncə şəhərində yerləşən ofislərinə daxil olması barədə Sifarişçiyə məlumat verildiyi andan etibarən 7 iş günü ərzində Alıcı bağlamanı təhvil almadığı təqdirdə, Sifarişçi 7-30 gün ərzində bağlamaların saxlandığı hər gün üçün 0,50 AZN, 31-45 gün ərzində hər gün üçün isə 1,00 AZN dəbbə pulu ödəməlidir. 45 gündən artıq Bakı və Gəncə şəhərlərində yerləşən anbarlarımızda saxlanan bağlama haqqında qərar Daşıcıya məxsusdur. 2 ay müddətində təhvil alınmayan bağlamalar Daşıyıcının mülkiyyətinə keçir.

8.3. İstifadəçinin Daşıyıcının Türkiyə Respublikasında yerləşən anbarına daxil olan bağlamasının anbarda ödənişsiz saxlanma müddəti 15 (on beş) gün müəyyən edilir. Nəzərdə tutulmuş müddət İstifadəçi tərəfindən aşıldığı təqdirdə anbarda saxlanıldığı hər əlavə gün üçün hər 1 (bir) bağlamaya görə 1 (bir) ABŞ dolları miqdarında saxlama haqqı hesablanır.

8.4. İstifadəçi onun adına Daşıyıcının Türkiyə Respublikasında yerləşən anbarına daxil olan bağlamanın bəyannaməsinin doldurulmasına dair Daşıyıcı tərəfindən şifahi və yaxud yazılı xəbərdarlıqların verilməsinin son həddi bağlamanın Türkiyə Respublikasında yerləşən anbara daxil olduğu gündən 2 (iki) ay müəyyən edilir. 2 (iki) ay keçdikdən sonra həmin bağlama Daşıyıcının mülkiyyətinə keçir.

8.5. İstifadəçi tərəfindən hər hansı səbəbdən yükün təhvil alınmasından imtina, yalnız onun, Daşıyıcının veb saytında və ya mobil əlavəsində yaratdığı şəxsi kabinet üzərindən (e-mail) daxil olan müraciətindən sonra qəbul edilə bilər.

8.6. İstifadəçinin adına daxil olan Bağlamanın təhvili onun eyniləşdirilməsini mümkün edən sənəd əsasında həyata keçirilir. İstifadəçi şəxsən onun adına daxil olan Bağlamanı təhvil ala bilmədiyi təqdirdə, Bağlama İstifadəçinin etibarnamə əsasında təyin etdiyi şəxsə (SafEx-də müəyyən edilmiş qaydada və şəxsiyyət vəsiqəsini təqdim etməklə) təhvil verilə bilər.

8.7. İstifadəçi bağlamanı təhvil alarkən bağlamanın tam və zədəsiz halda olduğunu yoxlamalıdır. Əks təqdirdə bağlamanın məhz daşınma zamanı zədələndiyi haqqında iddia qəbul edilmir.

8.8. İstifadəçi anlayır və qəbul edirki Daşıyıcı beynəlxalq daşıma qaydalarına əsasən Türkiyə Respublikasında yerləşən anbarına daxil olan bağlamanın qablaşdırılmasını, yükü zədələməmək şərtilə, daşınma məqsədilə yenidən qablaşdırmaq hüququna malikdir (nümunə: iri qabaritli qablamada olan kiçik ölçülü yükü ona uyğun olan kiçik qablamaya yerləşdirmək).

9. Baxışın keçirilməsi hüququ

9.1. İstifadəçi anlayır və qəbul edirki İcraçının və yaxud hər hansı səlahiyyətli dövlət qurumunun (gömrük və s.) istənilən anda bağlamanı açmaq və ona baxış keçirmək hüququ vardır.

10. Bağlamaların qorunmasına görə məsuliyyət

10.1. Daşıyıcının, İstifadəçi tərəfindən internet üzərindən alınan və Daşıyıcıya daşınma üçün verilən yükün qorunmasına dair məsuliyyəti həmin bağlamanın Daşıyıcının TürkiyəRespublikasında yerləşən anbarına daxil olduğu andan başlayır və Razılaşmada nəzərdə tutulan hallar xaricində İstifadəçiyə təhvil verilən anadək davam edir.

10.2. Daşıyıcı onun Türkiyə Respublikasında yerləşən anbarına (həmin ölkənin kuryer və ya poçt vasitəsilə) zədələnmiş və yaxud İstifadəçinin internet mağazadan sifariş etdiyi maldan fərqli mal daxil olduğu hallara görə heç bir məsuliyyət daşımır.

11. Bağlamanın sığortalanması, zədələnməsi və iddianın verilməsi

11.1. Daşıma üçün qəbul edilən bağlamalar sığortalanmır.

11.2. İstifadəçinin daşıma üçün Daşıyıcıya təqdim etdiyi və ya sifariş verdiyi bağlama Daşıyıcının məsuliyyəti çərcivəsində olduğu zaman sonuncunun qəsdən yol verdiyi hərəkətlər nəticəsində zədələnərsə və yaxud korlanarsa, İstifadəçi zədə və yaxud korlanma faktına əsasən bağlamanın tam invoys dəyərini və yaxud faktiki dəymiş ziyanı Daşıyıcıdan tələb edə bilər. Bağlama Daşıyıcının Türkiyə Respublikasında yerləşən anbarından qəbul edildiyi, lakin nəzərdə tutulmuş reyslə gəlmədiyi təqdirdə (bağlama itdikdə və ya bağlama barədə heç bir məlumat olmadıqda) həmin bağlamanın Daşıyıcı tərəfindən axtarışına 30 (otuz) iş günü vaxt ayrılır. Bağlama bu müddət ərzində tapılmadığı təqdirdə İstifadəçiyə kompensasiya ödənilir. Kompensasiya bu şərtlə ödənilir ki, İstifadəçi bağlamanın ona məxsus olduğunu və bağlamanının içərisindəki malın müvafiq qiymətə internet mağaza üzərindən aldığını sübut edən bütün məlumatları təqdim etsin. Buraya aiddir: İnternet mağazanın təqdim etdiyi order, invoys (burada bağlamanın/əşyanın şəkli, miqdarı, qiyməti, bağlamanın track nömrəsi və s. məlumatlar öz əksini tapır) Bank hesabından çıxarış (ödənişin təsdiqini sübut edən şifahi və ya yazılı bildiriş). Daşıyıcı bağlamanın onun Türkiyə Respublikasında yerləşən anbarına qəbul edilmədiyini, İstifadəçi isə kuryer şirkətlərinin saytına əsasən həmin track nömrəli bağlamanın məhz bu ünvana çatdırıldığını israr edərsə, bu halda İstifadəçi kuryer şirkətinin sözügedən bağlamanın Daşıyıcıya təhvil verdiyini sübut edən sənəd təqdim etməlidir. Yalnız təqdim olunan bu sənəd əsasında bağlamanın həqiqətən Daşıyıcıya təhvil verildiyi sübut olunduqdan sonra (qəbul edən şəxsin imzası əsasında), İstifadəçiyə kompensasiya ödənilir.

11.3 İstifadəçi bağlamanı Daşıyıcının anbarında təhvil alarkən onu həmin ərazini tərk etmədən yoxlamalı və hər hansı bir zədə və ya çatışmamazlıq olduğu təqdirdə dərhal yerindəcə bu haqda Daşıyıcını məlumatlandırmalıdır. Ofisi tərk etdikdən sonra, İstifadəçi tərəfindən yükün tərkibində hər hansı bir əşyanın çatışmadığı və ya zədələndiyi iddiası qəbul edilmir.

12. Fors-Major

12.1. Tərəflər fors-major səbəblərinə görə hazırkı şərtlər üzrə götürülmüş öhdəlikləri vaxtında, tam və lazımınca icra edə bilmədikdə, həmin öhdəliyin icrası vəzifəsindən və bununla bağlı məsuliyyətdən müvafiq nisbətdə azad edilirlər. Bu maddədə “fors-major” termininin işlədilməsi təbii fəlakətlər, epidemiya, partlayışlar, yanğınlar, zəlzələ, qasırğa, sunami, tufan, müharibə, vətəndaş müharibəsi, xarici dövlətlər tərəfindən hərbi müdaxilə, inqilablar, vətəndaş ixtişaşları və s. analoji səbəblər hökumətin və digər səlahiyyətli orqanların qanuni sərəncamları, həmçinin də ölkənin ərazisindən kənar gözlənilməz və həlli hökumət (və ya tərəflər) tərəfindən qeyri mümkün ola bilən səbəbləri özündə cəmləşdirir.

12.2. Yuxarıda göstərilmiş səbəblərin və zamanının hüquqi cəhətdən təsdiqi səlahiyyətli orqanlar tərəfindən verilmiş arayışlar əsasında müəyyən olunur.

12.3. Fors-major hallar baş verdikdə müqavilənin şərtlərində göstərilən hüquq və vəzifələrin icrası vaxtı adı çəkilən hadisələrin müddəti dövrü qədər uzadılır.

12.4. Tərəflər bir-birini hazırkı şərtlərin yerinə yetirilməsini gecikdirən fors-major halın səbəbinin başlanması və bitməsi məlumatını tez bir zamanda elektron poçt, teleqraf, teleks və ya telefaks ilə məlumatlandırmalıdır.

12.5. Tərəflər fors-major hal baş verdiyi təqdirdə hər hansı maddi və ya mənəvi zərərin qarşısını almağa çalışmalıdır.

13. Digər hallar

13.1. Hazırkı şərtlər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi əsasında tənzimlənir.

13.2. Tərəflər arasında yaranan hər hansı anlaşılmazlıq və ya mübahisə qarşılıqlı anlaşma və razılıq əsasında həll olunur.

13.3. Tərəflər qarşılıqlı anlaşma və ya razılaşma əldə edə bilmədikləri halda Azərbaycan Respublikasının müvafiq məhkəməsinə müraciət edə bilərlər.